Aygün Kazımovanın adı zənci ilə hallanır FOTO

Aygün Kazımovanın adı zənci ilə hallanır FOTO

Türkiyədə fəaliyyət göstərən "Dokuzsekiz Muzik" adlı prodüsser şirkəti Azərbaycanın xalq artisti, məşhur estrada müğənnisi Aygün Kazımovanın dünya layihəsi haqda rəsmi açıqlama yayıb. SİA-nın məlumatına görə, şirkət Kazımovanın adı sirr saxlanılan dünya ulduzu ilə ifa edəcəyi duet haqda mediaya məlumat yayıb. Önümüzdəki aylarda səslənəcək duet dünyanın ən nüfuzlu kanallarında, o cümlədən qardaş Türkiyədə yayımlanacaq.


Qeyd edək ki, gəzən şaiyələrə görə, Aygün Kazımovanın duet ortağı məşhur reper Snoop Dog olacaq. Amma Aygün xanım duet ortağının adını yasaq olduğundan sirr olaraq saxlayır. Çox yaxında onun kimliyi elə "Dokuzsekiz Muzik" şirkəti tərəfindən açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə