Biletləri 1 ay öncədən satışa çıxarılan və 6 min tamaşaçının qatılacağı gözlənilən konsertə cəmi 150 adam bilet alınca böyük şok yaşanıb. Təşkilatçılar konserti ləğv edərək biletlərin pulunu qaytaracaqlarını deyiblər. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Hadisə bunun günahını özündə deyil, təşkilatçı şirkətdə görüb.
Müğənninin mətbuat xidməti mediaya açıqlama verib ki, səs, işıq, səhnə düzəni barədə anlaşma yerinə yetirilmədiyi bir yana, səhnəyə çıxmadan öncə müğənniyə veriləsi məbləğ də ödənməyib. Hadisə səhnəyə çıxmaq niyyətilə bütün komandası ilə Ankaraya gəlib, ancaq konsert şərtlərinin yerinə yetirilməməsini görüncə səhnəyə çıxmamağa qərar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB