Teoman evləndi FOTO

Türkiyənin məşhur rok ifaçısı Teoman uzun zamandır birlikdə yaşadığı Ayşə Kaya ilə evləndi. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, məşhur sənətçi Boğaziçi Universitetindən tanıdığı və 12 ildir qeyri-rəsmi surətdə birlikdə yaşadığı Ayşə ilə nigah bağladı. Məşhur otellərin birində təşkil olunan mərasimə ailələri ilə yanaşı 40-a yaxın qonaq dəvət olunub. Media mənsublarına bağlı olan nigah mərasimində yeni evlənən cütlüklərə Teomanın meneceri Funda Sanlıman və yaxın dostu Murat Pazarpaşı nigah şahidliyi edib.
Qeyd edək ki, ani olaraq evlənən cütlüklər Nişantaşında yaşayacaqlarını və yeni evlilər üçün ənənəvi olan "Balayı"na getməyəcəklərini bildiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə