Azərbaycan estradasının ulduzu Röya Ayxanın "Gizli sevgi" mahnısı 2012-ci ilin mahnısı seçilib. Ölkənin ən reytinqli radio dalğası olan 106.3 FM-də Kazım Bağırovun təqdimatında yayımlanan "Muleyli" verilişinin dinləyiciləri məhz Röyanın "Gizli sevgi"sini ilin mahnısını etdilər.
Verilişin aparıcısı Kazımın SİA-ya verdiyi məlumata görə, dekabr ayının 10-dan 30-dək davam edən səsvermədə dinləyicilərin 80 faizi musiqisi Cəlal Qurbanova, sözləri Ramala məxsus "Gizli sevgi" adlı mahnıya üstünlük verdilər.

Qeyd edək ki, Röya hazırda qalib gəldiyi verilişin qonağıdır. Kazımla müğənnini dinləmək istəyənlər 106.3 FM dalğasına köklənə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB