Faiq Ağayev: “Mən çox xoşbəxtəm!”

"Bu, çöx böyük jest idi"
Faiq Ağayev: “Mən çox xoşbəxtəm!”

Xəbər verdiyimiz kimi xalq artisti Faiq Ağayevin Heydər Əliyev adına Sarayda baş tutan silsilə konsertləri davam edir. 27 dekabrdan başlayan konsert proqramının ən maraqlı günü dünən, Cənab Qızıl Şlyagerin doğum günüə təsadüf edib. Ad gününü səhnədə qeyd edən xalq artisti konsertlə bağlı təəssüratlarını SİA-ya ilə bölüşüb: " Sarayın direktoru Fərhad Babayev səhnəyə çıxaraq məni həm sarayın həm də mədəniyyət və turizm nazirliyinin adından təbrik etdi. Maraqlı tədbiklərdən biri də mənim komandam tərəfindən oldu. Onlar səhnəyə üzərində mənim şəklim olan tort gətirdilər. Təbii ki, tamaşaçılarım da məni hədiyyəsiz qoymadı. Güllərlə yanaşı çoxlu sayda hədiyyələr də aldım. Hətta elə tamaşaçılar var idi ki, həm 27-si həm də dünən gəlmişdilər, sırf məni təbdik etmək üçün".

Faiq Ağayev konsertin birbaşa yayımla Heydər Əliyev sarayının ön şüşə divarlarında nümayiş olunmağına da münasibət bildirib: "Xalq artistləri, canlı korifeylər İosif Kabzon və Zeynəb Xanlarova kimi böyük sənətkarların konserti bu şəkildə nümayiş olunub. Olardan sonra yalnız mənim doğum günümdə yaşananları canlı olaraq göstəriblər. Bu, mənim üçün çox böyük bir jestdir. Bununla yanaşı həmin gün öyrəndim ki, bütün konsert bilətləri satılıb. Kassa da heç bir bilet qalmayıb. Bundan böyül hədiyyə ola bilər?! Mən çox xoşbəxtəm!".

Onu da qeyd edək ki, Faiq Ağayev 29 dekabr 1971-cı ildə Bakıda anadan olub. Peşəkar səhnəyə 1988-ci ildə gələn estrada ulduzu həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra "Qizil Payiz-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb.

1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov – 96 Beynəlxalq müsabiqəsində də qalib gəlib.

Bundan sonra Faiq Ağayevin professional səhnə həyatında yüksəliş mərhələsi daha sürətlə inkişaf edib.

Xatırladaq ki, "F.A-Vida" adlı konsertin bu gün son günüdür.

Biz də öz adımızdan Azərbaycanın ən gənc xalq artisti olan Faiq Ağayevi təbrik edirik!

Bütün xəbərlər Facebook səhifəmizdə