Ancaq o, yeni ili Aygün Kazımova ilə birgə qeyd edəcək
Sabah Türkiyənin tanınmış müğənnisi Rafet El Roman Bakıya gəlir. Müğənni Qəbələ rayonunda xalq artisti Aygün Kazımova ilə birgə yeni il proqramında çıxış edəcək.
Tədbirin təşkilatçısı Nahid Eminoğlunun SİA-ya verdiyi məlumata görə, müğənni sabah günorta saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerli media ilə görüşəcək. O, yenicə nişanlandığı Ceren xanımla birgə Bakıya təşrif buyuracaq.
Onu da qeyd edək ki, 31 dekabr Qəbələ rayonun ən dəbli otellərinin birində baş tutacaq şounun giriş qiyməti 300 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB