Gitara ustası Rəmişin 24 saatlıq nəfəsi...

Gitara ustası Rəmişin 24 saatlıq nəfəsi...

Azərbaycanın sevimli sənətkarı, gitara ustası Rəmiş bacarıqlarından danışıb. O, gitaradan başqa alətlərdə də ifa edə bildiyini deyib. Telekanalların birində açıqlama verən gitara ustası simli musiqi alətlərindən başqa müğənnilik bacarığının olduğunu da xüsusilə diqqətə çatdırıb: "Qarabağlı olduğum üçün oxumaq kimi bacarığım da var. İfaçılıqla yanaşı qarmonda, sintizatorda çalmağı da bacarıram. Nəfəsli alətlərdə isə ifa edə bilmirəm. Çünki səhhətimdə problem var".

Sənətkar onun həyatında önəm daşıyan insandan da söz açıb: "Mənim həyatımda Allahım, gitaram, həyat yoldaşım Gülüm və maşınım var. Maşınım artıq yaşlanıb. Amma onlar olmasa özümü yetim kimi hiss edərəm. Onu da deyim ki, həyat yoldaşım Gülüsüz həyat təsəvvür edə bilmirəm. Onunla 24 saat nəfəs alıram. Çünki onun mənim üstümdə çox böyük əməyi var. Bütün günü mənim yanımdadır. Bir sözlə, tərəfindən qayğı gördüyüm tək insan odur".

Bütün xəbərlər Facebook səhifəmizdə