Azərbaycanın məşhur müğənnisi Zarina Məmmədovanın yaradıcılığında yenilik var. Bir neçə vaxt öncə onun "Sevmə ürək" adlı mahnısının remiks versiyasının hazırlanması haqda xəbər vermişdik. Mahnının yeni versiyası artıq internet istifadəçilərinin ixtiyarına buraxılıb.
Musiqisi Pərviz Mahmudova sözləri Aygün İsmayılovaya məxsus mahnının həzin versiyası kimi remiks variantının da üzərində musiqiçi Hakan Erol çalışıb.
SİA-ya açıqlama verən Zarina mahnının 2013-cü ildə daha çox seviləcəyinə inanır: "Mahnı repertuarımda lirik mahnıların sırasında möhrünü vurub. Mahnının yeni aranjemanda səslənməsi maraqlı olar. Çünki hiss edirəm ki, gənlərin bu mahnıya xüsusi simpatiyası var".
Onu da qeyd edək ki, mahnının lirik versiyasına çəkilən klipin rejissoru Elnaz Əbluc idi.
Xatırladaq ki, Zarina növbəti klipinin də çəkilişlərinə başlayıb. Yaxın vaxtlarda bu haqda geniş məlumat verəcəyik.
Bu da "Sevmə ürək" mahnısının remiks versiyası:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB