Rəqsanə qızını da götürüb, getdi

Moskvaya gedən Rəqsanə seçim qarşısında qaldı
Rəqsanə qızını da götürüb, getdi

Müğənni Rəqsanə seçim qarşısında idi. O ya Bakıda qalıb Yeni ilin şou-proqramında iştirak etməli, ya da gələcək həyat yoldaşının təklifini qəbul edib, Moskvaya getməli idi. Qarşı tərəfin təkidindən sonra ikinci variantın üzərində dayanan sənətçi paytaxtı tərk edib. Onun tez yola düşməsinin səbəbi bayram öncəsi təşkil ediləcək mötəbər tədbirlərdə iştirak etməkdir. Sənətçi yolüstü SİA-ya bildirib ki, qızı Yağmuru və işçi heyətini də özü ilə aparır: "Dekabrın 28-i isə anam Moskvaya gələcək. Biz qərara gəldik ki, anam, uşaqlar və orada bizimlə olacaq yaxın qohumlar bayramı Moskvada birlikdə qeyd etsinlər. Nişanlımla mən və iki ailə dostumuz başqa ölkəyə gedib, bayramı başqa tərzdə keçirəcəyik. Bir neçə gün sonra ailə üzvlərimin yanına qayıdıb, tətili davam etdirəcəyik".

Rəqsanə bildirib ki, onun bu tezlikdə Bakıya qayıdacağı müşküldür: "Ona görə ki, Moskvadan Türkiyəyə gedib, orada hazırlığı bitmək üzrə olan albomumla tanış olacam. Bundan öncə yanvarın 7-də böyük qızım Aysunun doğum gününü elə Moskvada qeyd edəcəyik. Türkiyə səfərimin nə qədər davam edəcəyi oradakı işlərimin yekununa bağlıdır. Ola bilsin növbəti həftələrdə 1-2 günlüyə Bakıya gəldim".

Qeyd edək ki, sənətçi Moskvadakı evə çatan kimi, onun gəlişi münasibətilə nişanlısı böyük qızıl gül dəstəsi göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə