Bu gün Azərbaycanın əməkdar artisti, məşhur estrada müğənnisi Mətanət İsgəndərli media nümayəndələri və ən yaxın dostlarını başına toplayıb "Gəl xoşbəxt olaq" mahnısına çəkilən klipinin təqdimat mərasimi keçirib. SİA-nın məlumatına görə, mərasimə 1 saat gecikən əməkdar artist konfransa dünyanın dağılması mövzusu ilə başladı: "Şükür Allaha ki, dünya dağılmadl".
İsti yay aylarında, hovuz kənarında çəkilən klipin rejjisoru Ceyhun Kərimovdur. Klipdə iki gəncin uşaqlıq sevgisini əks etdirən müğənni onların toyunu da lentə almış olub. Mətanət xanım həyatda da evlənən bəy və gəlini toyda özü secib və klipdə çəkilməyə dəvət edib.
Müğənni mediadan uzaq düşməsinin səbəbinin də açıqlayıb. Bildirib ki, Azərbaycan Beynəlxaql Unuversitetinin keçmiş rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə bağlı qalmaqalın mətbuatda yanlış şəkildə yayılması da bu səbəblərdən biridir: "Çox yalnız xəbərlər yayıldı. Bu barədə danışmadım belə. Ancaq bunlar hamısı şayiədir. İstəyirəm ki, bu cür söz-söhbətlər elə bu ildə qalsın".
Qeyd edək ki, "Gəl xoşbəxt olaq" mahnısının müəllifi Sevinc Mansurovadır.
Xəbər fotosessiya ilə yenilənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB