Azərbaycanın əməkdar artisti, tanınmış estrada müğənnisi Abbas Bağırov paytaxt sakinlərinin fikrinə görə, ilin ən yaxşı toy aparan müğənnisidir. SİA xəbər verir ki, aparılan sorğuda əksər insanlar o cümlədən şou-biznes əhli Abbas Bağırovu bu mükafata layiq görüb.
Buna münasibət bildirən müğənni açıqlamasında hər kəsə öz təşəkkürünü bildirib: "Əgər onlar məni buna layiq görüblərsə, yalnız minnətdar ola bilərəm. Çox sağ olsunlar".
Abbas Bağırovu bir çoxları bəyənsə də həmkarları sırasında buna qarşı çıxanlar da az olmadı. Bəzi ifaçılar "İlin ən yaxşı toy müğənnisi" seçilən Abbas Bağırovu bəyənmədilər. Adlarının çəkilməsini məsləhət görmədiyimiz şou-biznes əhlinə Abbas özü cavab verdi: "Demək burda rəqabət var. Bu rəqabət mən tərəfdən sağlam şəkildə aparılsa da, həmkarlarım düzgün yanaşmaya da bilirlər. Kim neçə rəqabət aparır bilmir. Mən tərəfdən çox şəffafdır. Ancaq bu, onların şəxsi fikridir. Dəstəkləsələr də sağ olsunlar, bəyənməsələr də. Hər kəsin öz dəsti xətti, özünə məxsus ifa tərzi və tamaşaçısı var. Amma yenə də hər şey göz qabağındadır".
Onu da bildirək ki, uzun zamandır 4 məşhur ifaçının üzərində savaşdığı "Aləm gözəl" mahnısı məhz Abbas Bağırovun ifasına görə "İlin xitti" seçilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təqdim etdiyi "Yaxşıların Yaxşısı" mükafatı Abbas Bağırova layiq görüldü.
Müğənni buna da münasibət bildirib: "Mən də bu mahnıya məhz özümü layiq görürəm. Çünki mahnı hər tərəfli tanındı. İstər qalmaqal, istərsə də keyfiyyət baxımından. Əsas odur ki, mahnı tamaşaçılar tərəfindən sevilib. Mükafata layiq görüldüyüm üçün isə təşəkkür edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB