Azərbaycanlı ifaçı dayanmaq bilmir: “Danış mənə”

Azərbaycanlı ifaçı dayanmaq bilmir: “Danış mənə”

Yaradıcılığı üzərində dayanmadan çalışan vokal ifaçısı Lətifə Soyuöz yeni mahnı təqdim edib. 2012-ci ilin son mahnısını lentə aldıran Lətifə xalq artisi Faiq Sücəddinovla çalışsa da, vaxt tapıb İlham Abdullayevin də dəsti xəttinə müraciət edib.

"Danış mənə" adlı kompozisiyanın sözləri şair Baba Vəziroğluna, aranjemanı isə peşəkar musiqiçi Yaşar Baxışa məxsusdur.

SİA-ya danışan Lətifə yeni mahnının sözlərinə vurğun olduğunu da gizlətməyib: "Mahnının sözləri ürəyimə çox yatıb. Ümidvaram ki, dinləyicilərim də bəyənəcəklər. Bu, 2012-ci ildə yaradıcılığımda yer alan sonuncu mahnıdır. Bundan sonra söz verdiyim "Başımın tacı" mahnısını təqdim edəcəm. Faiq Sücəddinovla iş birliyimiz davam edir. Mahnının hazır olmasına çox az qalıb. 2013-cu ildə qismət olsa, bu mahnılara klip də çəkdirəcəm".

Bu da sözügedən mahnı:

Bütün xəbərlər Facebook səhifəmizdə