Namiq Qaraçuxurlu qaçaq düşdü

Azərbaycanın tanınmış meyxanaçısı Namiq Qaraçuxurlu efirlərdə az görünməyinin səbəblərini açıqlayıb. Namiq yaradıcılıq işlərindən və şəxsi həyatından da söz açıb. Telekanalların birində açıqlama verən meyxanaçı media nümayəndələrindən qaçmağının sirrlərini də deyib: "Telekanallarda az görünməyimə səbəb başımın işlərimə qarışmasıdır. Bir çox proyektlər var ki, onlar üzərində çalışıram. Ancaq İnşallah bu ilin sonunda yekunlaşacaq. Yeni işlərimdən biri Natiq ritm qrupu ilə olacaq. O qrupla ərsəyə gətirdiyim mahnıya klip çəkdirəcəm. Demək olar ki, məkanlar da seçilib. Klip hazır olduqdan sonra isə təqdimatını da edəcəm".

Namiq Qaraçuxurlu mətbuatdan qaçmağının səbəbini də etiraf edib: "Mediadan qaçmağıma səbəb şəxsi həyatımı gündəmə gətirmələridir. Hətta sənət dostlarımın təqdimatlarına belə gedə bilmirəm. Mənə elə gəlir ki, toyum olana qədər hər kəsdən ələxsus da jurnalistlərdən qaçmalıyam".

Bütün xəbərlər Facebook səhifəmizdə