Rəhim Rəhimliyə evlilik təklifi gəldi

Müğənni çaşqınlıq içindədir
Rəhim Rəhimliyə evlilik təklifi gəldi

Ekstravaqant bəstəkar-müğənni Rəhim Rəhimli yenidən seçilməyi bacardı. Belə ki, o, xanımlardan aldığı çoxsaylı evlilik təkliflərini mahnıya çevirdi. Bunu həyata keçirmək isə şairə Alovlu Ülviyyənin payına düşdü. Rəhim Rəhimli bununla bağlı eksklüziv olaraq SİA-ya açıqlama vermişdi.

İndi isə məsələyə münasibəti Ülviyyə bildirib: "Mahnının musiqisi çox ritmik və xoş əhval ruhiyyəli olduğu üçün mən də mahnıya məzəli sözlər yazdım. Dostum Rəhimin çoxsaylı qız pərəstişkarlarını görüb Rəhimə məhz bu mövzuda sözlər yazmaq istədiyimi dedim. O da bu fikrimi çox bəyəndi. Ümid edirəm ki, dinləyicilər də bəyənəcək".

Qeyd edək ki, Rəhim Rəhimli və Alovlu Ülviyyə tandemi bir çox məşhurlar üçün mahnılar yazsa da, məhz Rəhimin öz repertuarı üçün bu, şairənin ilk işi oldu. Musiqisi Rəhim Rəhimlinin özünə, sözləri Alovlu Ülviyyəyə aid "Ay, ay, ay" mahnısını ilk olaraq sizə təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə