Tanınmış azərbaycanlı müğənni Zarina Məmmədova fotokameramıza maraqlı anda yaxalandı. Dükanların birində alış-veriş edən müğənni, deyəsən özünə cehiz almağa hazırlaşırdı. Zarina qab-qacaq dəstlərindən qazanı seçdi. Ancaq çətinliklə üzləşən müğənni onun qapağını aça bilmirdi. Fotokameramızı görüb gülümsəyən Zarina SİA-ya açıqlamasında bu sözləri dedi: "Vay, biyabr oldum. İndi deyəcəklər ki, bir qazanın qapağını da aça bilmir. Ancaq dükan sahibindən maraqlandım ki, bu çox fərqli qazandır və həqiqətən də qapağı çətin açılır. Odur ki, mənə gülmək istəyən insanlar, tələsməsinlər".
Zarinanın mətbəx əşyaları ilə maraqlandığını gördüyümüz zaman onun şəxsi həyatı barədə soruşmaya bilməzdik: "Bilirdim ki, bu sualı verəcəksiniz. Ancaq bunun şəxsi həyata heç bir aidiyyatı yoxdur. Çünki ailə qurmağım barədə söhbət belə yoxdur. Mən yaradıcılığımla məşğulam".
İndi isə qazanla "vuruşan" müğənnini siz də izləyin:
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB