Yeni il bayramı öncəsi yerli ulduzlar bir araya toplandı. SİA-nın məlumatına görə, Türkiyə və Azərbaycan teleməkanının ortaq yayımı olan, Yüksel Degercanın rəhbərliyi ilə TRT kanalının Bakı təmsilçiləri möhtəşəm yeni il şənliyi çəkiblər.
Kanalın əsas simalarından olan Arzu Əsgərovanın dəvəti ilə gələn qonaqlar əylənməklə yanaşı, ifaları ilə də türk dünyasını təbrik etdilər.
Rejissorlar Aybəniz Rəfiyeva və Nail Ələkbərovun birgə ərsəyə gətirdiyi mərasimdə Şaxta Baba olmasa da Qar qızı obrazını canlandırmaq məşhur müğənni Zarina Məmmədovanın payına düşdü.
Onu da qeyd edək ki, gecədə həmçinin xalq artisti Flora Kərimova, əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədovalar, müğənnilər Lətifə Soyuöz, Ayan Babakişiyeva, Elariz Məmmədoğlu, Rövşən Civişov, Lalə, aşıq Namiq, aktrisa Naibə Allahverdiyeva və başqaları iştirak edirdi.
Müğənnilərin birgə keçirdiyi 2012-nin ilk "Yeni il"ini isə təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiniz.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB