Güclü qar azərbaycanlı müğənnini yolda qoydu?

“Çox çətinliklə gedib çatdıq və gördük ki...”
Güclü qar azərbaycanlı müğənnini yolda qoydu?

Tanınmış azərbaycanlı müğənni Günay İbrahimli şaxtalı havada Qusar rayonuna yollanıb. Yerli kanalda yayımlanan verilişlərin birinə çəkilən müğənni təhlükəli vəziyyətlə qarşılaşıb. Qusar rayonu və onun ərazisinə güclü qar yağıb.

Günay və onun prodüsseri Təranə Səmədova yolda qorxub, geri dönmək istəsələr də, sonda verilən sözə əməl edərək yollarına davam ediblər.

SİA-ya danışan İbrahimli təəssüratlarını belə bölüşüb: "Verilişdə çəkilməyə söz vermişdim. Yolda baş verən narahatçılıq az qala geri qayıtmağımıza səbəb olacaqdı. Çünki qar yolları bağlamışdı. Çox çətinliklə gedib çatdıq və gördük ki, Qusara da güclü qar yağıb. Verilişə çəkildik, hətta Təranə ilə xeyli qartopu da oynadıq. İlk qarın yağması gözəl xatirələrlə yadımızda qaldı. Əziyyətimizə görə heç də peşman deyilik".

Onların Qusar sərgüzəştlərini isə təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiniz:

Bütün xəbərlər Facebook səhifəmizdə