Əməkdar artistin bacısı həbsxanadan çıxır? AÇIQLAMA

Əməkdar artistin bacısı həbsxanadan çıxır? AÇIQLAMA

Xəbər verdiyimiz kimi, əməkdar artist Firuzə İbadovanın bacısı Rəhilə xanım qadın həbsxanasında cəza çəkir. SİA-nın verdiyi xəbərə görə, Firuzə xanım bir müddət öncə 6 ildir məhkumluq həyatı yaşayan bacısının dekabr ayında azadlığa buraxılacağını demişdi. Əməkdaşımız xanım İbadovadan yenidən bu məsələ haqda soruşduqda cavabı belə olub: "Bacımı günahsız yerə həbs etmişdilər. Ancaq ümid edirik ki, bacım bu ay azadlığa buraxılacaq. Hələ ki, xoş xəbərini gözləyirik".

Qeyd edək ki, əməkdar artist Firuzə İbadovanın bacısı Rəhilə xanımı bir çox insanları aldadaraq pullarını mənimsəməkdə günahlandırmışdlar.

Bütün xəbərlər Facebook səhifəmizdə