Əməkdar artist Natiq Şirinov dekabrın 27-də "Eşq karvanı" adlı konsert verəcək. Konsert Zeynəlabdin Tağıyev adına Toxuculuq Fabrikinin Mədəniyyət Sarayında keçiriləcək.
SİA-ya açıqlama verən ritm ustası Natiq Şirinov həmin konsertin məhərrəmlik ayında baş tutmasının heç də təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, konsert Kərbəla şəhidlərinə, o cümlədən, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərə ithaf edilir: "Qarşıdan "20 Yanvar" faciəsi gəlir. Konsert başda İmam Hüseyn olmaqla bütün şəhidlərə həsr olunur. Çalışacağıq ki, İlahi eşqi insanlara düzgün şəkildə çatdıra bilək. Həmin musiqi məhz şəhidləri yada salsın. Düşünürəm ki, Allah məni yaradıb, sənət verib, ruzi verib, bəs mən neyləmişəm? Yalnız pul qazanmaq məqsədilə işləmək yetərli deyil".
Əməkdar artist hazırda konsertin məşqlərinin davam etdirildiyini bildirib. Bu, Natiq Şirinovun dini mövzuda keçirdiyi üçüncü konsertidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB