Gənc azərbaycanlı müğənni Günay İbrahimli tədbirlərin birində məşhur həmkarı Zarina Məmmədovanı şoka salıb. Zarina ilə birgə eyni masa ətrafında dayanan Günayın etirafı həmkarınının diqqətini cəlb edib.
Birgə şirinlik tortu dadmağa dəvət alan hər iki sima SİA-nın fotokamerasına tuş gəliblər. Kökəlmək istəyən Günayın torta "hücum" etməsi Zarinanı təəccübləndirib.
"Mən kökəlmək istəyirəm. Heç olmasa 2 kilo. Ciddi sözümdür" -deyən Günay iki böyük dilim tort yediyi halda Zarina baxmaqla kifayətlənirdi.
"Günay, sən həqiqətən kökəlmək istəyirsən? Buna inana bilmərəm. Mən şokdayam" -deyən Zarina az keçmədi ki, eyni tortdan dadmalı oldu. Buna isə onu Günay məcbur etdi və həmkarını yedizdirməyə başladı: "Zarina, sən də ye. Çox arıqsan. Gəl, birgə kökələk".
Bədən ölçülərini müzakirə edən xanımların tort "savaşı"nı siz də izləyin:
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB