Əməkdar artist Azərbaycandan gedir?

Əməkdar artist Azərbaycandan gedir?

Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova heç vaxt Türkiyədə fəaliyyət göstərməyəcəyini deyib. Müğənni qardaş ölkədən ona dəfələrlə təklif gəldiyini söyləyib. SİA-ya açıqlama verən əməkdar artist Türkiyədə karyera qurmaq istəyən həmkarlarından da söz açıb: "Qardaş ölkədən mənə dəfələrlə böyük qonorarlı iş təklifi ediblər. Ancaq məni heç bir qazanc mənbəyi ora apara bilməz. Ona görə yox ki, Azərbaycanda milyonçu kimi yaşayıram. Sadəcə olaraq burda məni milyonlarla sevən tamaşaçılar var. Onları da heç bir maddi milyona dəyişmərəm. Eyni zamanda da Şövkət Ələkbərovanı, Sara Qədimovanı və digər insanları görmüşəm. Nəzərinizə çatdırım ki, Türkiyəyə gedən və onların təkliflərini dəyərləndirən azərbaycanlı sənətçilər də var. Amma mən o, ifaçılara pis baxmıram və qınamıram. Çünki onlar mənim gördüyüm dahi sənətkarları görməyiblər. Bəlkə də görsəydilər digər ölkələrə üz tutmazdılar".

Bütün xəbərlər Facebook səhifəmizdə