Azərbaycanlı müğənninin şəxsi dolabında nələr var?

Azərbaycanlı müğənninin şəxsi dolabında nələr var?

Gənc müğənni Aysel Əlizadə şou-biznesdə zövqlə geyinən sənətçilərdəndir. Müğənni büdcəsini çoxunu qarderobu üçün ayırır. Evi paltar, aksessuarla dolu olmasa da, seçimi fərqli olur. Sənətçinin evində olub, qarderobuna nəzər yetirdik. Müxtəlif çeşidə rastladıq. Ona yaraşan hər üslübda geyinir. Ən əsası isə sənətçinin bu geyimləri son vaxtlar demək olar ki, ölkədən kənardan aldığını öyrəndik. Özü SİA-ya danışır ki, tək ayaqqabı qarderobunda 100-dən çox ceşid var: "Bunu siz soruşandan sonra saymağa başladım. Hər xarici səfərimdə gözüm yeni bir model axtarır. Anam tərəddüd edir ki, oxşar modeli evdə var. Amma mən yenə də alıram. Əsas diqqəti səhnə geyimlərinə ayırıram. Modeli bəyəndimsə, mütləq almalıyam. Amma baxır hansı çərçivədə".

Sənətçinin geyimləri də fərqlidir. Əsasən dar şalvar və bir qədər mini ətəklərə üstünlük verən Aysel yaşının bu seçimi etməyə imkan verdiyini bildirdi: "Brendlərə və mənə yaraşana üstünlük verirəm. Amma hər gün də paltar almıram. Belə bir imkanım olsa belə, xərcləmərəm. Çünki yaradıcılığım daha önəmlidir. Sənətimdə dönüş yarada biləcək layihələrə başlamışam. Hələ ki, həmin layihələrin tələb etdiyi geyimlərə pul xərcləyirəm".

Müğənninijn evində olan böyük dolaba siz də nəzər yetirin:

Bütün xəbərlər Facebook səhifəmizdə