Azərbaycanlı müğənni həmkarlarına dərs keçdi

Azərbaycanlı müğənni həmkarlarına dərs keçdi

Azərbaycanlı müğənni Səyyad Əlizadə bəzi müğənnilərin efirdə özlərini aparmaq qaydasından narazı olduğunu bildirib. Müğənni həmkarlarını sadə olmağa çağırıb. SİA-ya açıqlama verən Səyyad müəllim, hətta efirdə mülklərini reklam edən ifaçıları da qınamaqdan çəkinməyib.

"Telekanallarda bəzi müğənnilərin özlərini aparmaqları məni özümdən çıxarır. Bir çox həmkarlarım efirdə maşınını və ya evini reklam etdirir. Belə şeyləri qətiyyən bəyənmirəm. Düşünürəm ki, adi insanlar heç vaxt belə şeyləri yaxşı baxmaz. Eyni zamanda da Allah özlərindən razı olan bəndələrini sevmir. Odur ki, tanınmış simalar sadə olmağı bacarmalıdırlar", - deyə müğənni bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə