Azərbaycanlı müğənni Mehrim 2013 –cü ildə "Kobra" adlı mahnısını ilə gündəmi partlatmağa hazırlaşır. SİA-nın verdiyi xəbərə görə, adıçəkilən mahnının müəllifi Cavanşir Məmmədova məxsusdur. Mehrim artıq mahnıya klip çəkdirməyi də planlaşdırır. İfaçı inanır ki, "Kobra" mahnısı 2013-cü ilin hiti olacaq. Çünki radio dalğalarında yeni-yeni səslənməyə başlamış mahnı topladığı dinləyici auditoriyası ilə uğurdan xəbər verir.
Mehrim "Kobra" layihəsini 2013-cü ilin Qara Su İlanı ili olduğu ilə əlaqələndirib: "İl Qara Su İlanı üstə təhvil olacaq. Qara su ilanı ağıllılıq, şüurluluq, məntiqlilik, iradə rəmzidir. 2013-cü il biz yaradıcı insanlara daha çox uğur gətirəcək. Mən də bu fürsətdən yararlanmağı qarşıma məqsəd qoymuşam. Ağıllı, məntiqli, şüurlu addımlar ataraq düzgün qərar verməklə, Allahın köməyi ilə uzun müddətdir planlaşdırdığım layihələrimi həyata keçirəcəm. Gözləyin, "Kobra" gəlir!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB