Müğənni nədən narazıdır?

Azərbayacanlı müğənni Səyyad Əlizadə konsertlərdən danışıb. O, həmkarlarının tamaşaçı qıtlığından əziyyət çəkdiklərini deyib. SİA-ya açıqlama verən Səyyad müəllim, özümüzə laqeyd yanaşdığımızı da xüsusilə diqqətə çatdırıb: "Xalq olaraq özümüzü nədənsə bəyənmirik. Tamaşaçı olaraq kənardan izləyirəm ki, öz sənətçilərimizin konsertində tamaşaçı qıtlığı yaşanır. Ancaq xarici ölkədən heç sayılmayan müğənnilərin konserti Bakıda anşlaqla qarşılanır. Onu da deyim ki, hər hansısa bir ölkəyə gedəndə dəfələrlə müşahidə etmişəm ki, əvvəl özlərini təbliğ edirlər. Sonra digər ölkələr haqda məlumat verirlər. Çünki əvvəl evin içi, sonra çölü olmalıdır. Azərbaycanda isə əksinədir".

Bütün xəbərlər Facebook səhifəmizdə