Dekabrın 2-də Nyu-Yorkun məşhur konsert salonlarından olan "Millenium"da keçirilməsi nəzərdə tutulan "Big Apple Music Awards"ın sayca 5-ci təqdimat mərasimi təxirə salınıb.
SİA-nın məlumatına görə, buna səbəb Sendi qasırğasından sonra "Millenium"a dəyən ciddi zərərdir, salon qasırğadan sonra bərpa olunmalıdır. Tədbir mart ayına qədər təxirə salınıb.
Sözügedən mükafatlandırma mərasimi "European Music Awards", "Latina Music Awards" kimi musiqi mükafatlarının özünəməxsus analoqu hesab edilir. Tədbirdə artistlər cəmi 22 nominasiya üzrə mükafatlandırılacaqlar. Prestijli müsabiqənin "Musiqinin inkişafına verdiyi töhfəyə görə" "Diamond Award" mükafatının sahibi Azərbaycanın xalq artisti, estrada ulduzu Brilliant Dadaşova olacaq.
Ancaq Dadaşova haqda yeniliklər tək bununla bitmir. Belə ki, sənətkar yenidən aparıcılıq fəaliyyətinə başlayıb. Xalq artisti İstanbulda yayımlanan TMB telekanalında (Türk Musiqi Birliyi) "Brillyantla Pırlantalı Gecələr" adlı müəllif proqramı ilə çıxış edəcək. Veriliş dekabrın 4-dən start götürəcək.
Xatırladan ki, B.Dadaşova bir neçə il "Space" telekanalında "Gözəllik dünyanı xilas edəcək" layihəsinin ideya müəllifi və aparıcısı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB