“Gangam style”, “Davay, do svidaniya”…

“Gangam style”, “Davay, do svidaniya”…

Müğənni Xəyyam Nisanov Heydər Əliyev Sarayında "Solo" adlı solo-konsert proqramı ilə çıxış edib. SİA-nın görə, müğənni repertuarında yer alan hit və yeni mahnılarını ifa edib. O, məşhur "Gangam style" mahnısını, ardınca "Davay, do svidaniya" qafiyəsilə məşhur olan meyxana ifaçıları İntiqam və Ehtiram Rüstəmov qardaşları ilə duet oxuyub və nağara ifaçıları ilə birlikdə nağara çalaraq öz məharətini nümayiş etdirib.

Xəyyam əməkdar artist Tünzalə Ağayeva ilə səsləndirdiyi duet mahnı da tamaşaçılar tərəfindən müsbət qarşılanıb. Konsertdə ukraynalı rəqqaslarla birlikdə çıxış edən müğənni rəngarəng rəqs nümunələrilə diqqət çəlb edib.

Rejissoru Ülviyyə Könül, prodüsseri Murad Arif olan "Solo" adlı konsertdə X.Nisanov haqqında qısa video-çarx da nümayiş olunub. Video-çarxda Vaqif Gərayzadə, Faiq Ağayev, Murad Arif, Ülviyyə Könül və başqaları səbəbkarla bağlı ürək sözlərini bildiriblər.

Konsertdə lentə alınan həvəskar video çəkilişi təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə