Emin Ağalarov haqqında məqalə dərc olunub

Emin Ağalarov haqqında məqalə dərc olunub

Tanınmış sovet şairi Robert Rojdestvenskinin qızı Yekatrina Rojdestvenskaya Rusiyanın məşhur jurnallarından olan "7 dney" jurnalının sonuncu nömrəsində Emin Ağalarov haqqında məqalə dərc edilib.

Sözügedən məqaləni SİA oxucularına təqdim edirik: "Bütün dünyada musiqiçi EMİN kimi tanınan Emin Ağalarov 33 yaşında şou biznesdə öz yerini müəyyən edə bilib. O, bir neçə ingilisdilli albom buraxıb (müğənni ABŞ-da oxuyub. Ona görə ingilis dilində sərbəst danışır). Onun son iki diski ən yaxşı Britaniya prodüsserləri və musiqiçiləri ilə birgə yazılıb, beynəlxalq relizlər əldə edib. Bu albomların kompozisiyaları Britaniya və Amerika çatlarında o cümlədən əfsanəvi Billboard Top-20-də yüksək yerlər tutub. "Baby Get Higer" sinqlı isə Kann kinofestivalında premyarası keçirilmiş futbol haqqında "11 əzəmətli" Britaniya kinokomediyasında səsləndirilib.

Keçən il EMİN "Qremmi" mükafatını ən yaxşı ifaçı bölməsində nominant olub. Rusiyalı musiqiçinin dünyanın ən başlıça musiqi mükafatına namizəd kimi göstərilməsi ideyasının təşəbüsskarı tanınmış rejissor Devid Linç olub. Bu il musiqiçi Cennifer Lopezin Bakıdakı konsertini açıb və "Eurovision 2012"nin xüsusi qonağı olub. Və nəhayət EMİN Moskvada solo konsert verir. Dekabrın 11-də "Crocus City Holl"da simli orkestrin müşayiəti ilə musiqiçi yeni kompozisiyalarını və köhnə hitlərini ifa edəcək. EMİN-in bir neçə mahnısı ilk dəfə olaraq rus dilində səsləncək. Emin Ağalarov Moskxvadakı proqramını yalnız öz pərəstişkarlarına deyil, həm də özünə bəxş edir. Axı konsertin ertəsi günü onun ad günüdür".

Bütün xəbərlər Facebook səhifəmizdə