Əməkdar artist Elza Seyidcahandanın növbəti maraqlı addımı Şəki tamaşaçılarını təəccübləndirib. SİA-nın məlumatına görə, Şəkinin Kanal S televiziyasının qonağı olan bəstəkar-müğənni sözügedən kanalda yayımlanan axşam xəbərlərinin aparıcısı kimi efirə çıxıb.
.jpg)
Xəbərlərin aparıcısı Asif Bağırovla eyni studiyanı paylaşan müğənni növbəti dəfə gözlənilməz addımıyla maraq doğurub.
.jpg)
İnformasiya proqramlarının aparıcılarından geri qalmayan Elza Seyidcahan ciddi görunüşü və sərt üz ifadəsi ilə yadda qalıb.
Regional televiziyada ilk dəfə bu növ yenilik edilib. Elza xəbərləri təqdim etməyin həyəcanlı və məsuliyyətli olduğunu bildirib.
Elza Seyidcahanın ilk aparıcılıq təcrübəsini isə aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz:
http://www.dailymotion.com/video/xvfoh1_kanal-s-xeber_lifestyle
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB