Türkan Şoray Bakıda izdiham yaşatdı

Türkan Şoray Bakıda izdiham yaşatdı

Türk kinosunun canlı əfsanəsi Türkan Şoray Səxavət Nurun "İmza mən" verilişində qonaq olub. SİA-nın məlumatına görə, Şoray SSSRi xalq artistimiz Zeynəb Xanlarova ilə yanaşı bir çox maraqlı anlara da toxunub: "Mən gecikməyi sevmirəm. Deyilən vaxtdan 5 dəqiqə tez gəlirəm. İnsanları gözlətmək yaxşı xüsusiyyət deyil. Mənim filmə çəkilmək şərtlərim çox ağır olur. Öncə bütün ssenari ilə tanış oluram. Nəsə xoşuma gəlməsə, çəkilmirəm".

Xatırladaq ki, Bakıya noyabrın 26-dan 30-dək istedadlı və yaradıcı gənclərin II Respublika toplantısına qatılmaq məqsədilə gələn aktrisa Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq toplantı çərçivəsində öz iştirakı ilə kino sənəti sahəsində ustad dərsləri keçəçək. Dərslər zamanı gənclərlə görüşəcək T.Şoray onlarla aktyorluq sənətinin sirlərini və özünün professional biliklərini paylaşacaq.

Ustad dərslərindən əlavə, Türkan Şorayın yeni filminin nümayişi və müəllifi olduğu kitabın təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulub.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə