Uzun illər boyu səhnədən kənar qala biləcəyini düşünsə də, yanıldığını deyib
16 ay dözə bildi

Rok musiqisinin 45 yaşlı məşhur sənətçisi Teoman yenidən səhnəyə qayıdır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ötən ilin avqust ayında səhnələri və ümumiyyətlə, musiqini tərk etdiyini deyən Teoman qayıdır. Rokçu müğənni 16 aylıq fasilədən sonra musiqidən usandığını, uzun illər boyu səhnədən kənar qala biləcəyini düşünsə də, yanıldığını vurğulayıb.

45 yaşlı Teoman Facebook-dakı profilində yazıb: "Dostlar, ötən il sizə musiqidən əl çəkdiyimi yazmışdım. İndi səhnəyə geri döndüyümü bildirirəm. Ürəyim səhnəyə çıxmaq istəyir".

Mahnı bəstələmək məsələsinə gəldikdə isə, o, bir qədər sərbəst davranmaq istədiyini yazıb: "Səhnəyə qayıdıram, amma mahnı bəstələmək məsələsində özümü nəyəsə vadar etmək istəmirəm. Əvvəlki mahnılarım təki uğurlu, ya da sadə mahnılar bəstələsəm, əvvəlcədən bildirəcəyəm. Az, xüsusi konsertlər verəcəyəm".

Teomanın bu qərarı sosial mediada birmənalı qarşılanmayıb. Teomanın fanatları qayıdışa sevinərkən, əsas kütlə hesab edir ki, onun pulu qurtardığı üçün belə edir. Üstəlik, səhnədən çəkiləndən sonra Teoman unudulmağa başladığını da anlayıb.

Qeyd edək ki, o, 2011-ci ilin avqustun 4-də yazılı açıqlamasında belə demişdi: "Əziz dostlarım, musiqini tərk edirəm. Ya uzun müddətlik, ya da heç geri qayıtmamaq şərti ilə bu sahədən gedirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə