Azərbaycanın məşhur müğənnisi, estrada ulduzu Röya Ayxan yenə vətəni tərk edib. Röyanın prodüsseri Kənan Bayramovun SİA-ya verdiyi məlumata görə, müğənni hazırda İstanbuldadır. Onun komandası isə bu axşam yola düşür: "İşlərimizlə əlaqədar yenə də qardaş ölkəyə yollanırıq. Orada baş verəcəkləri isə zaman göstərəcək. İnşallah, dönəndən sonra bütün detalları açıqlayacayıq".
Kənan açıqlaması zamanı daha bir məlumat da verdi. Belə ki, Röya bir neçə ölkədə konsert verməyi də planlaşdırıb: "İstanbuldan Stokholma gedirik. Orada konsertimiz olacaq. Stokholmdan isə Hollandiyaya yollanırıq. Dekabrın 1-i orada çıxışımız var. Odur ki, dekabr ayının əvvəllindən tez qayıtmayacayıq".
Röyanın hər solo konserti zamanı onu böyük işçi qrupu müşayiət edir. Müğənni üçün xüsusi olaraq Moskvadan "Rash style" rəqs qrupu gəlir. Kənan bu məsələyə də toxundu: "Bu dəfə sayımız az olacaq. Ancaq çox önəmli insanlar bizimlə gedir. Çünki bura Avropadır və oraya böyük heyyətlə getmək sərf etmir. Moskvadan rəqqaslar, musiqi orkestrı getsə, digər xərclər də hesablansa, bu aldığımız qonarardan daha baha başa gələcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB