SİA-nın "Mən beləyəm" rubrikasının növbəti qonağı gənc amma istedadlı müğənni Günay İbrahimlidir.
Qısa zamanda məşhurlaşan və daim öz üzərində çalışan müğənni Azərbaycan musiqisini fəth etmək niyyətindədir. Yaradıcılığında yüksək pillələrə qalxmağa iddialı olan müğənni şəxsi həyatını belə unudub. Yalnız keyfiyyətli iş görməyə can atan Günay işləməkdən yorulmur.
İfaçı xanım hər kəslə dil tapmağı da bacarır. Olduqca semimi və mehriban İbrahimlinin müsbət aurası var: "Paxıllığa nifrət edirəm. Mən yalnız ağ paxıllıq edə bilərəm. Çünki sağlam rəqabəti sevirəm.
Hələ ki ulduzluq xəstəliyinə tutulmayan müğənni sadəlik nümayiş etdirir: "Emosiyalara çox qapanıram. Mən əslində sakit insanam".
Onu əsəbi görmək demək olar ki, mümkün deyil. Şou-biznes qaydalarının bir qisminə riayət edən Günay digərindən imtina edir: "Çox sadəlövhəm. Hər sözə tez inanıram. Birdən ayılıram ki, axı belə ola bilməz! Ancaq əsas odur ki, gec ayılmıram. Səhvimi tez anlayıram".
Xasiyyətcə ciddiliyə üstünlük verən Günay bir o qədər də zarafat sevmir: "Hər zarafatı qəbul etmirəm. Mənim üçün bütün zarafatların yeri var. İnsan gərək nə danışdığını bilsin".
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB