Müğənni Zamiq rəqqas olunca...

Azərbaycanın tanınmış müğənnisi Zamiq Hüseynovun unudulmaz səsə malik Akif İslamzadənin repertuarına müraciət edərək "Ötən günlərimi qaytaraydılar" adlı mahnını ifa etməsi heç kimə sirr deyil. Mahnını yeni aranjemanda səsləndirən Zamiq ona klip də çəkdirib.

SİA-nın məlumatına görə, rejissoru Anar Hüseynov olan klipdə Zamiq rəqqas obrazını canlandırır. Tərəf müqabili Veranika Azarova ilə eşq hekayəsi yaşayan Zamiq ötən günlərinin xəyalını qurur.

Bütün hadisələrin Azərbaycan Dövlət Opera və Balet teatrında cərəyan etməsi klipə xüsusi rəng qatıb.

Onu da bildirək ki, klipdə Zamiqlə rəqqasə xanımın imici üzərində Elnur Həsənov çalışıb. Ümumilikdə geyim tərzini müəyyən edən Elnurun istəyini həyata keçirmək üçün modelyer Afa xanım yardımçı olub. Hər iki səbəbkarın saç düzümü Fuad Hacıyevə məxsusdur.

Foto: Vüqar İbadov

Bütün xəbərlər Facebook səhifəmizdə