İbrahim Tatlısəs artıq Bakıdadır

Xəbər verdiyimiz kimi, bu gün türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs Bakıya gəlir. SİA-nın məlumatına görə, sənətçi bu saatlarda Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Oradan birbaşa otelə yollanan müğənni bu gündən etibarən ekstrasens Nuridə Küskün tərəfində müalicə olunacaq. Onun 5 günlük müalicə kursu keçəcəyi gözlənilir.

Xatırladaq ki, İbrahim Tatlısəs 2011-ci ilin martında silahlı hücuma məruz qalaraq başından güllə yarası alıb. Nəticədə, onun sol əl və ayağı iflic olub. Müğənni hərəkət qabiliyyətinin bərpası üçün fizioterapiya kursu keçir və Nuridə xanım ona yenidən sağlam həyat bəxş edəcəyini söz verib.

Bütün xəbərlər Facebook səhifəmizdə