Ötən gecə Türkiyədə Azərinin qonağı olan Samiranın çıxışı çox böyük marağa səbəb olub. SİA-nın məlumatına görə, TRT kanalında yayımlanan "Azərinlə bir avaz" verilişində sənətçinin ifası o qədər maraqla izlənib ki, hətta verilişdən sonra Türkiyədə fəaliyyət göstərən prodakşnlar Azərinlə əlaqə saxlayıb, Samira haqqında məlumat öyrənməyə çalışıblar.
Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Azərin aparıcısı olduğu verilişində imkan qədər Azərbaycan mədəniyyəti, sənətçiləri barədə məlumat verməklə yanaşı, tez-tez sənətçilərimizi də Türkiyəyə dəvət edir.
Əslində bu da Azərbaycan sənətçilərinin daha böyük səhnələrdə, ölkə hüdudlarından kənarda tanınmasına, təbliğ olunmasına birbaşa təsir edir.
Yeri gəlmişkən, Azərin Samiranı Türkiyə səhnəsində Azərbaycanın dövlət sənətçisi kimi təqdim edib. Azərin bizimlə söhbətində bu barədə danışarkən qeyd etdi ki, Samiranın səsi, ifası o qədər mükəmməldir ki, onu Dövlət sənətçisi kimi təqdim etməkdən utanmayıb, çəkinməyib: "Düzdür, Samira hələ ki fəxri ad almayıb. İnanıram ki, İnşallah, fəxri ada da layiq görüləcək. Çünki onun güclü səsi, səhnə mədəniyyəti var.
O, dövlət sənətçisi kimi təqdim olunmağa layiqdir. Ölkə hüdudlarından kənarda Azərbaycan musiqisindən, mədəniyyətindən danışarkən, məhz bu kimi istedadlı, səsi olan sənətçiləri təqdim və təbliğ etmək lazımdır".
Verilişdə Qazaxıstanın tanınmış sənətçisi də iştirak edib. Proqram boyu Azərbaycan musiqiləri ifa olunub. Sonda Azərin qonaqları ilə birlikdə, üçlük şəklində maraqlı ifa nümayiş etdirib.
"Azərinlə Bir Avaz" da ən maraqlı görüntüləri oxucularımıza təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB