İbrahim Tatlısəs Azərbaycana gəlir

İbrahim Tatlısəs Azərbaycana gəlir

Türk musiqisinin imperatoru, məşhur müğənni İbrahim Tatlısəs Bakıya gəlir. Etibarlı mənbədən SİA-ya daxil olan məlumata görə, bu gecə paytaxtımıza gələcək ifaçı 5 gün qonağımız olacaq.

İbrahim Tatlısəsin gəliş səbəbi isə müayinədən keçməkdir. Beynindən ağır güllə yarası alan Tatlısəs yerli həkimlərimizə müraciət edəcək.

Bununla yanaşı müğənni paytaxtımızın gözəl məkanlarında istirahət etməyi də planlaşdırır.

Xatırladaq ki, İbrahim Tatlısəs 2011-ci ilin martında silahlı hücuma məruz qalaraq başından güllə yarası alıb. Nəticədə, onun sol əl və ayağı iflic olub. Müğənni hərəkət qabiliyyətinin bərpası üçün fizioterapiya kursu keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə