Bakı səhnəsini “dağıdan” Emre Aydın

Müğənni kimləri ağlatdı?
Bakı səhnəsini “dağıdan” Emre Aydın

Çoxdan bəri gözlənilən konsert axır ki, baş tutdu. SİA-nın məlumatına görə, türkiyəli ulduz, rok ifaçısı Emre Aydın Bakı pərəştişkarlarının qarşsına çıxdı.

Ümumilikdə konsertin təşkilatçılıq səviyyəsi o qədər də yüksək olmasa da Emre Aydının səhnə performansı unudulmaz idi. Pərəstişkarlarının qarşısında iki saata yaxın çıxış edən müğənni ən yadda qalan mahnılarını səsləndirib.

Böyük coşğu və anşlaqla baş tutan konsertə çoxlu sayda tamaşaçı var idi. Türk ulduzunu izləmək istəyən gənclər səhnəyə yaxın olmaq üçün əllərindən gələni edirdilər. Emre ilə birgə bütün mahnıları ifa edən fanatların sırasında müğənninin plakatlarını tutub, ağlayanlar da az deyildi.

Kaprizli türk müğənnisinin çıxışını siz də izləyin.

Foto: Artur Abdullayev

Bütün xəbərlər Facebook səhifəmizdə