Azərbaycanlı teleaparıcının canına “vəlvələ” düşüb

Azərbaycanlı teleaparıcının canına “vəlvələ” düşüb

Bu gün Lider TV-də start götürəcək "LİFT" adlı realiti-şounun növbəti iştirakçısı danışdı. SİA-ya açıqlama verən cazibədar teleaparıcı Zemfira Adıgözəlova layihədən qorxduğunu etiraf etdi: "Əslində bu layihəyə dəvət alanda qatılmaq istəmirdim. Ancaq Lider televiziyasının təkidi ilə razılıq verməli oldum. Onlar söylədilər ki, aparıcılar içərisində ən maraqlısı mən ola bilərəm. Onlarla razılaşmağıma baxmayaraq, canıma vəlvələ düşüb. Eyni zamanda da balaca və 12 nəfərlik lifdə nə edəcəyim bilmirəm. Həm də orda iştirak edən insanlar da təbiətcə sakit deyillər. Hər kəsin bir xasiyyəti var. Yəni bunların hamısına dözmək lazımdır. Onu da deyim ki, qalmaqallı adam olmadığım üçün susan da deyiləm. Bütün hər şeyə rəğmən hər kəsin hərəkətlərinə və atmacalarına dözməliyəm. Çünki bu layihəyə qol çəkmişəm".

Nəzərinizə çatdıraq ki, Zemfira Adıgözəlovanın "LİFT"də rəqibi olacaq iştirakçılar əməkdar artist, skripkaçı Səlim Abbasov, rəqqasə Oksana Rəsulova, müğənnilər Vasif Məhərrəmli, Günel Ələkbərova, Sevinc Musayeva, Kərim Abbasov, Elşad Şükürov, reper Ceyhun Zeynalov, meyxana ustası Vüqar Əbdülov, şairə-jurnalist Ülviyə Alovlu və aktyor Fərda Xudaverdiyevdir.

Qeyd edək ki, hər bir iştirakçı uduş fondu 100 min manat olan realiti-şouda öz bacarığını göstərəcək.

Xatırladaq ki, "LİFT" verilişinin açılışı 22:00 Lider TV-də canlı olaraq yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə