Yerli saytların birində məşhur öncəgörən Yeganə Zeynalova paparazzi görüntülərinə tuş gəlib. Rejissor Nail Naiboğlunun ad gününə qatılan baxıcının spirtli içki olduğu masada əyləşib rəqs etməsi media nümayənlərinin diqqətindən yan keçməyib.
Sərt şəkildə tənqid olunan Yeganə Zeynalovanın cavabı özünü çox gözlətməyib. Öncəgörən əllərinə xına vurmasını müzakirə obyektinə çevirənlərə sözünü eksklüziv olaraq SİA vasitəsi ilə deyib: "Mən hər zaman xınadan istifadə edirəm. Ölənə qədər də edəcəm. Bunun heç kimə aidiyyatı yoxdur. O ki, qaldı mənim spirli içki olan masada əyləşməyimə, bilmirdim ki, mən xoş günə gəlmişəm? Axı mən ad günü mərasimində idim. Hər kəs əylənirdi, yeyib içirdi. Mən içmirdim ki!".
Emosiyalarını cılovlayan Zeynalova məşğul olduğu iş barədə bir daha söhbət açıb: "Hər yerin öz geyimi var. Mən hər məclisin geyimini yaxşı bilirəm. Həci xanım deyiləm, baxıcıyam və mənim işim şeytan əməlidir. Allah bunu yazıb mənə. Kim qismətdən qaça bilib? Mən ki, bəzi həci xanımlar kimi gecələr içib, gündüzlər camaata nağıl danışmıram?! Mən millətimdən heç nə gizlətməmişəm. Hər zaman dürüstcəsinə gördüyüm işi demişəm. Odur ki, heç bir şey gizlətməyən insanları hədəfə almaq əvəzinə gizlincə iş görənləri üzə çıxarın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB