Azərbaycanın xalq artisti Faiq Ağayev bu günü - Milli Dirçəliş Gününü xüsusu ilə qeyd edir. SİA-nın verdiyi xəbərə görə, eyni zamanda da bu gün müğənninin səhnə fəaliyyətinin 25-ci ilinə qədəm basdığı gündür.
F.Ağayev bu barədə "facebook" sosial şəbəkəsindəki səhifəsində bununla bağlı istifadəçilərlə təəssüratlarını bölüşüb: "Artıq 17 noyabrdır. Və bu, o deməkdir ki, artıq səhnə fəaliyyətimin 25-ci ilinə qədəm basdım!
Bu illər ərzində ən böyük qazancım – təmənnasız tamaşaçı məhəbbəti oldu. Şükür sənə, ya Rəbbim! Sonsuz minnətdarlıq, əziz azərbaycanlılarım! Məni bu mərtəbəyə layiq görən Vətənim, Xalqım - verdiyiniz dəyər ən böyük varlığımdır! Təşəkkür!!!"
Onu da qeyd edək ki, xalq artistinə ilk hədiyyəni onun pərəstişkarı Nərminin paylaşdığı video-çarx olub: "İlk bayram hədiyyəm də sevgili Nərmin F.A-dan gəldi!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB