Son günlər xalq artisti, tanınmış kamança ustası Habil Əliyevin tək oğlu, müğənni Rəvan Habiloğlunun adı mətbuatda tez-tez hallanır. Yayılan məlumatlarda qeyd olunur ki, Rəvan ruhi dispanserə yerləşdirilib. Bu xəbərə münasibət bildirən Rəvan yayılan söz-söhbətin kökündən yalan olduğunu açıqladı. Müğənni hətta zarafatyana eşq dəlisi oluduğunu və aparıcı xanıma vurulduğunu da dedi.
Ancaq Rəvan növbəti açıqlaması ilə hər kəsi şoka salacağına əmindir. SİA-ya danışan müğənni subaylığın daşını atmaq istədiyini də etiraf etdi: "Mən evlənməyi düşünürəm. Ancaq hələ ki heç kimə aşiq olmamışam. Eşq dəlisi olduğumu da bu səbəbdən açıqlamışdım. Bilirdim ki, yalnız belə ilginc xəbərdən sonra dəlixanaya düşməyim barədə yalan məlumatlara son qoyulacaq. Mən əslində heç bir aparıcı xanıma aşiq olmamışam. Bu, sadəcə bir zarafat idi. Ancaq aşiq olaraq evlənməyi düşünürəm".
Qeyd edək ki, Rəvan Habiloğlu daha maraqlı açıqlamaları ilə 16 noyabr tarixində Lider TV-də yayımlanan "Rəngarəng" verilişində çıxış edəcək. Verilişin nümayişi saat 21:00-da olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB