İlhamə Quliyevadan sərt cavab!

Azərbaycanın xalq artisti, şöhrət ordenli İlhamə Quliyevanın oğlu Orxanın da adı gündəmə gəlib. Yerli mətbuat bu dəfə sənətkarın oğlunun şəxsi həyatını müzakirə obyektinə çevirib. İlhamə xanımın mətbuat katibi Faiq Ələkbərli SİA-ya açıqlamasında sənətkarın oğlu ilə bağlı yayılmış xəbərin doğru olmadığını deyir: "İlhamə xanım şəxsi həyatı barədə açıqlama vermək istəmir, oğlunun həyatının gündəmə gətirilməsinin əleyhinədir. Bu, İlhamə xanımın şəxsi işidir, ailə məsələsidir. Şəxsi həyatına heç kim qarışmasın! İlhamə xanım kimi böyük sənətkarın ailə məsələsi ilə gündəmə gəlməyə ehtiyacı yoxdur. Sənətkar ənənəsinə sadiq qalaraq çoxsaylı pərəstişkarlarını yenə də yaradıcılıq uğurları ilə sevindirməyi üstün tutur".

Qeyd edək ki, yerli xəbər saytlarından biri İlhamə Quliyevanın "Mala Praqa" restoranında oğlu Orxana nişan mərasimi təşkil etməsi ilə bağlı məlumat yayıb. Heç bir mənbənin göstərilmədiyi məlumatda bildirilir ki, mərasimdə şou əhli iştirak etməyib, yalnız müğənninin qohumları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə