Tanınmış müğənni Roza Zərgərli yeni "Gizli sevgilim" adlı albom buraxıb. SİA-nın məlumatına görə, alboma 15 mahnı daxildir. Burada solo ifalarla yanaşı duetlər də daxil edilib.
Rozanın duet ortaqları Elnur Məmmədov, Elşad Xose, Cəlal Abbasov, Cəmil Məmmədli və "Klan-a-plan"dır.
Albomda Eldar Mansurovun, Cəlil Məmmədlinin, Aynur Adilqızının, Abbasqulu Nəcəfzadənin, Muxtar Abseynovun, Kübra Məhərrəmovanın, Ülviyyə Bağırovanın, Murad Arifin, MC Muradın, Rüfətin, Gülnarə Aydının və digər müəlliflərin bəstələri yer alıb.
Mahnıların arenjemanı üzərində Elçin Əhmədov, Qivi və Rüstəm Zeynallı işləyib.
"Gizli sevgilim" albomundaki rəsm əsərlərinin müəllifi Elnur Rəsulovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB