Müğənni dördüncü dəfədir eyni hadisəni yaşayır
"Bezdim"

Tez zamanda məşhurlaşan gənc müğənni Günay İbrahimlinin başına iş gəlib. İfaçı xanımın SİA-ya verdiyi məlumata görə, kimsə onun sosial şəbəkədəki profilinə "göz dikib".

Günayın facebookdakı şəxsi səhifəsi artıq dördüncü dəfədir sındırılıb: "Bilmirəm ki, bu insanlar şifrəmi qırmaqla, nə əldə edirlər?! Artıq dürdüncü dəfədir eyni hadisəni yaşayıram. Daha bezmişəm və düşünürəm ki, bəlkə qırılmağı məsləhət imiş".

Hazırda sosial şəbəkələrdə olmayan Günay yaxın zamanda yenidən qeydiyyatdan keçmək istəmədiyini də dilə gətirdi: "Sizin vasitənizlə hər kəsə bildirmək istəyirəm ki, mən artıq heç bir sosial şəbəkədə yoxam. Yenisini açmaq kimi həvəsim də yoxdur. Kimlərsə mənim adımdan səhifə açıb, şəkilimi qoyub, ağıllarına gələni yazırlar. Bu, mən deyiləm".

Bütün xəbərlər Facebook səhifəmizdə