"Onunla eyni səhnəni bölüşmək..."

"Onunla eyni səhnəni bölüşmək..."

Xəbər verdiyimiz kimi, 17 noyabr tarixində Türkiyənin məşhur müğənnisi Emre Aydın paytaxtımızın qonağı olacaq. İfaçı "Buta Palace" da gənc müğənni Leyla Ramazanlı ilə eyni səhnəni bölüşəcək. Konsert öncəsi SİA-ya açıqlama verən Leyla hazırlıqlar barədə məlumat verib: "Artıq sözügedən konsertə az müddət qalıb. Ciddi hazırlıqlar gedir. Konsert zamanı möhtəşəm rəqslər nümayiş etdirəcəm. Müsbət enerji ilə hazırlaşıram. İnanıram ki, konsert çox gözəl keçəcək".

Leyla türkiyəli müğənni Emre Aydınla eyni səhnəni bölüşəcəyinə də münasibət bildirdi: "Türkiyəli müğənni Emre Aydınla eyni səhnəni bölüşmək mənim üçün böyük şərəfdir".

Xatırladaq ki, gecənin davamında möhtəşəm işıq effektləri və son texniki avadanlığın quraşdırıldığı səhnədə Türkiyənin məşhur DJ-i Erdi Erdoğan və bizim Çina da çıxış edəcək.

Onu da nəzərinizə çatdıraq ki, biletləri şəhərin bir çox satış nöqtələri ilə yanaşı, bu nömrələrdən də əldə etmək olar: 0505970080

Konsertin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə (sia.az) məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə