Almaniyada iqtisadiyyat üzrə ali təhsil alan azərbaycanlı model Azər Atakişiyev almanların diqqətindədir. " Luisa Models" adlı dünyaca məhşur agentliklərdən biri modeli foto layihəsinə cəlb edib. Lahihənin özəlliyi ondan ibarətdir ki, agentlik modeli dünyada cəmi 60 ədəd buraxılışı olan məhşur avtomobil markası ilə birlikdə çəkib. SIA-ya açıqlama verən Azər təklifi ona görə qəbul edib ki, bu, onun xəyal etdiyi avtimobil markası olub: "Agentliklə əməkdaşlıq yəqin ki, davam edəcək. Bəzi təkliflər var ki, gözdən keçirirəm. Bu təklifi tərəddüdsüz qəbul etdim. Arzuladığım avtomobillə yaxından tanış oldum. Həmin buraxılışdan Almaniyada cəmi bir ədəddir. Qiyməti həddindən artıq bahadır. Hətta qiymətsizdir deyərdim".
Model gələcəkdə büdcəsinin imkan verəcəyi təqdirdə özünə belə bir avtomobil alacağını söylədi: "Məni bu unudulmaz avtomobillə çəkən isə Nata Gobel oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB