Məşhur müğənninin svarovski "silah"ı YENİLƏNİB

"Atəş"
Məşhur müğənninin svarovski "silah"ı YENİLƏNİB

Xəbər verdiyimiz kimi bu gün tanınmış müğənni Roza Zərgərli yeni ərsəyə gətirdiyi "Atəş" adlı klipinin təqdimat mərasimini keçirib. SİA-nın məlumatına görə, tədbirdə ən diqqət çəkən məqamlardan biri dizayner İbonun müğənniyə təqdim etdiyi qeyri-adi hədiyyə olub. Svarovski qaşlarla bəzədilmiş silah tam yerində verilmiş olub.

Digər maraqlı an isə tort kəsildikdən sonra hər kəs çölə çıxaraq əlindəki şarları havaya buraxması olub.

Rəngarəng keçən mərasimdə yerli şou-biznes nümayəndələri çoxluq təşkil edib. Aparıcısı Zabir Əliyev olan tədbirdə müğənnilər Sevda Yahyayeva, Yaşar Cəlilov, Elnarə Xəlilova, Günay İbrahimli, İzzət Bağırov, Elnur Məmmədov, Samira Allahverdi, əkiz bacılar Sevinc və Sevil, stilist Anar Ağakişiyev, aparıcı Murad Əzimzadə, şairə Sevinc Şirin və digər tanınmış simalar iştirak edib.

Onu da bildirək ki, sözügedən mahnının musiqisi Murad Arifə məxsusdur. Klipin ekran işini isə Fuad Əlişov həyata keçirib.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə