“Mən beləyəm”-Ayan Babakişiyeva

“Bəli, mən ulduzam”.
“Mən beləyəm”-Ayan Babakişiyeva

Azərbaycan estradasının məşhur müğənnisi Ayan Babakişiyeva SİA-nın "Mən beləyəm" rubrikasının növbəti qonağıdır.

Fotokameramızın önünə keçərək poz verən Ayan xasiyyəti barədə oxucularımıza məlumat verib.

Ayan təbiətcə kaprizlidir. Onun zövqünə oxşamaq çox çətindir. Olduqca seçici və diqqətli olan müğənninin böyük iddiaları var: "Bəli, mən ulduzam".

Ayan səhnənin ən komplekssiz simasıdır: "Mənim üçün klipdə, səhnədə və digər məkanda makiyajsız görünmək çətinlik törətmir. Mən kliplərimdə ağlagəlməz hərəkətlər edə bilərəm".

Müğənni tez özündən çıxsa da, kinli deyil: "İnsana bir dəfə dəyər verirəm. Amma kimsə güvənimdən və etibarımdan aşırı dərəcədə istifadə etsə, düşünmədən həmin şəxsi silə bilərəm".

Özünə hörmət tələb edən Ayan dostlarına qarşı da çox həssasdır: "Özüm də diqqəti çox sevirəm. İnsan gərək sevgisini nümayiş etdirsin".

Digər müğənnilərdən fərqli olaraq Babakişiyevə şəxsi həyatını gizlətmir. Əksinə, bunu açıq şəkildə bəyan edir: "Bəli, sevgilim var. İnsan sevib, sevilməlidir".

Ayan sevgisini tək sevdiyi şəxslər bölüşmür: "Sevgimdən anama da pay düşür. Ancaq sevgimi asanlıqla bölə biləcəyim əkiz tayım var. Qardaşım Samir məni çox gözəl anlayır".

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə