Türkiyənin tanınmış və ən çox sevilən aktrisası Türkan Şoray Bakıya gələcək. SİA-nın verdiyi məlumata görə, xanım aktrisa 3 gün şəhərimizin qonağı olacaq.
Nəzərinizə çatdıraq ki, noyabr ayının 26-dan 30-dək Bakıda gənclərin II Respublika Toplantısı keçiriləcək. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq toplantı çərçivəsində aktrisa da həmin tədbirə qatılacaq. Türkiyəli aktrisa kino sənəti sahəsində fikirlər söyləyib, biliklərini paylaşacaq.
Qeyd edək ki, tədbirdə Türkan Şorayın yeni filminin nümayişi və müəllifi olduğu kitabın təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB